Milli Məclisdə Ombudsman müzakirələri başladı

Milli Məclis Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
Vitse-spiker Bahar Muradova dedi ki, qanunvericiliyə uyğun olaraq Milli Məclisin İnsan hüquqları komitəsi bu məsələyə baxıb. Komitə üzvlərinin hər biri çıxış edib və məsələ müzakirə olunub. Təqdim olunan namizədlər cəmiyyətdə kifayət qədər tanınan insanlardır. Onların hər biri şəxsi keyfiyyətlərinə görə bu vəzifəni tuta bilərlər.
Daha sonra B.Muradova deputatları bir-bir namizədlər barədə məlumatlandırdı. O dedi ki, ombudsman institutu özünü doğruldub. Ancaq bu işin davam etdirilməsi üçün yeni ombudsmanın seçilməsinə ehtiyac var. B.Muradova əvvəlki ombudsmanın fəaliyyət müddətinin bir müddət öncə başa çatdığını da xatırlatdı. “Bu şəxslərin hər biri ombudsman olmağa layiqdir. Amma biz onların içərisindən birini seçəcəyik”, - vitse-spiker dedi və əlavə etdi ki, yeni ombudsman 83 səslə təsdiqlənməlidir.
Müzakirələr davam edir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26