Interposta.Info

ABŞ-ın Nümayəndələr Palatasının ermənipərəst spikeri Nensi Pelosinin əri tutulub

Dünya / Manşet
 30-05-2022, 10:36     446


ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, ermənipərəst mövqeyi ilə seçilən Nensi Pelosinin əri Paul Pelosi şənbə günü gecə narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi iddiası ilə həbs olunub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Paul Pelosi şənbə gecəsi Kaliforniyanın Napa dairəsində saxlanılıb.

Bildirilib ki, 82 yaşlı Paul Pelosi nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edib, onun qanında spirtin miqdarı normadan artıq olduğu üçün həbsxanaya göndərilib.

Şənbə günü yerli vaxtla saat 23:44 radələrində həbs edilən Pelosinin bazar günü səhər saat 04:13-dən 07:26-ya kimi həbsxanada qaldığı, sonra sərbəst buraxıldığı bildirilir. Pelosinin iki ittiham üzrə girovu 5 000 dollar olaraq təyin edilib.

Nensi Pelosi spiker kimi iştirak etdiyi mərasimdə ərinin həbsi ilə bağlı danışmaqdan imtina edib. Pelosinin Dreu Hammill "Spiker bu xüsusi məsələni şərh etməyəcək", - deyib.

Qeyd edək ki, Nensi Pelosi ermənipərəst mövqeyi ilə seçilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26