Interposta.Info

Finlandiya Böyük Britaniyanın gücünə sığınır - "Rus ayısı" şimallıları qorxudub

Dünya
 16-04-2022, 11:47     366

Finlandiya Böyük Britaniya ilə müdafiə sahəsində əməkdaşlığı genişləndirmək üçün danışıqlar aparır.

AZƏRTAC Finlandiyanın “Yle” telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Antti Kaykkönen məlumat verib.

Bundan əvvəl Böyük Britaniya İsveç, Finlandiya və digər Skandinaviya ölkələrinə dəniz qüvvələri və kəşfiyyat təyyarələrini göndərməyi təklif edib.

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles də Şimali Avropa ölkələrinin də daxil olduğu Arktika regionu ilə bağlı ölkəsinin yeni strategiyasının bir hissəsi kimi İsveç, Norveç və Finlandiya arasında hərəkət edə biləcək dəniz döyüş qrupunun yaradılmasını təklif edib.

Təklifə cavab olaraq qısa müddət sonra Finlandiyanın müdafiə naziri Antti Kaikkönen Helsinkidə baş tutan mətbuat konfransında çıxış edərək bildirib ki, hökumət artıq Böyük Britaniya ilə yeni ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamaq üçün danışıqlar aparır. Onun sözlərinə görə, bu müqavilənin detalları bu ilin yazında və ya yayın əvvəlində təqdim olunacaq.

İsveç və Finlandiya daha əvvəl Skandinaviya ölkələri, Baltikyanı ölkələr və Niderland ilə birlikdə Britaniyanın rəhbərlik etdiyi birgə ekspedisiya qüvvələrində iştirak ediblər. Böyük Britaniya həm də Norveçdə keçirilən “Soyuq cavab” hərbi təlimində iştirak edən 27 ölkədən biridir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26