Interposta.Info

İran prezidenti ökəsinin nüvə çalışmalarını davam etdirəcəyinə söz verdi

Dünya
 11-04-2022, 16:24     278

İran prezidenti İbrahim Rəisi İranın nüvə zənginləşdirmə prosesini davam etdirəcəyini deyib.

Qaynarinfo bu barədə Alarabiya.net saytına istinadən xəbər verir.

Dünya liderləri ilə rəsmi Tehranın nüvə müzakirələrinin dayandığı bir vaxtda Rəisi onun administrasiyanın sülh məqsədilə nüvə texnoloji araşdırmalarının sürətləndirilməsini dəstəkləyəcəyini bildirib.

"Nüvə sahəsində bizim bilik və texnologiyamız qarşısıalınmazdır. İranın nüvə sahəsində sülh məqsədilə araşdırması başqalarının tələbi və yanaşmasından asılı olmayacaq”, - İranın milli Nüvə texnologiyasi Günü tədbirində çıxış edən Rəisi bildirib.

İranın zənginləşdirilmiş uran ehtiyatı artmaqda davam edir və hal-hazırda o uranı 60% təmizlikdə zənginləşdirir. Bu, İran üçün ən yüksək göstəricidir və silah dərəcəsinə 90%-ə yaxındır.

Bu, həmçinin nüvə razılaşmasının 3.67% göstəricisindən xeyli artıqdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26