Interposta.Info

Xamneyi təlimat verdi - Nüvə sınaqlarını bərpa edilir

Dünya
 5-06-2018, 10:36     10 411

İranın dini lideri Ayətullah Xamenei ölkəsinin təxirə saldığı nüvə proseslərinin yenidən start verilməsi üçün hazırlıqların bu gündən etibarən başladılmasına dair təlimat verib

Publika.az xəbər verir ki, dünən İran İslam İnqilabının qurucu lideri Ayətullah Xomeynini anma mərasimində çıxış edən Xamenei ABŞ-ın İranla 2015-ci ildə əldə etdiyi nüvə razılaşmasından ötən ay imtina edərək İrana qarşı yenidən iqtisadi sanksiyalar başladılmasını tənqid edib.

O, sanksiyalarla bağlı bunları deyib: “Bəzi Avropa ölkələri İranın həm iqtisadi sanksiyaları qəbul edib, həm də nüvə fəaliyyətindən vaz keçməsini istəyir. Bu dövlətlərə səslənirəm: Röyanız gerçəkləşməyəcək. İran xalqı və dövləti həm embarqoda olub, həm də nüvə fəaliyyətlərinin məhdudlaşdırılmasını qəbul etməyəcək”.

Xamenei bildirib ki, Nüvə Enerji Qurumu mövcud nüvə razılaşması çərçivəsində uranın zənginləşdirilməsi yüz doxsan min sentrifuqa çatması üçün dərhal hazırlıqlara başlamalı və prezidentin təlimatını verdiyi digər hazırlıqlar üçün sabahdan etibarən fəaliyyətə keçməlidir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26