Interposta.Info

Rusiyanın Belqoroddakı neft və silah anbarını Ukrayna vurubmu? - Zelenskidən açıqlama
 

Dünya
 2-04-2022, 10:03     360

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Belqorod vilayətində silah-sursat və neft anbarlarında baş verən partlayışlarla bağlı danışıb.

Qaynarinfo UNİAN-a istinadən xəbər verir ki, ölkə başçısı ”Fox News” telekanalının jurnalistinin partlayışların Ukrayna Silahlı Qüvvələri tərəfindən törədilib-törədilmədiyinə dair sualını şərh edərkən bildirib:

"Bağışlayın, mən Ali Baş Komandan kimi heç bir əmrimi müzakirə etmirəm. Elə şeylər var ki, onları yalnız Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ilə bölüşürəm. Bizim üçün vacibdir ki, bütün dünya müharibə şəraitində olan bir ölkə olduğumuzu bilsin. Bizə hücum edildi. Vacib olan budur. Bu, ən böyük faciədir. Düzünü desəm, bu haqda danışmaq qeyri-peşəkarlıqdır. Onlar ərazimizi işğal ediblər. Bizə hücum ediblər. Bu müharibə 8 ildir davam edir, ona görə də bu və ya digər vəziyyətdə nə baş verirsə, şərh vermək mənim üçün çətindir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26