Interposta.Info

Əsir rus mayor Rusiyanın Ukraynanı işğal etmək planlarını açdı (VİDEO)

Dünya / Gündəm
 3-03-2022, 10:24     470

"Ukrayna hərbçiləri 12676 saylı hərbi hissənin batalyon komandirinin müavini, Dmitri Şişkanovu əsir götürüb. İşğalçı bildirib ki, rus qoşunlarına martın 2-si və ya 3-nə qədər Ukraynadan qayıdacaqları vəd edilib. Belə bir dönəmdə Rusiya prezidentinin ölkəmizi ələ keçirəcəyi açıq-aydın gözlənilirdi”.

Qaynarinfo xəbər verir ki, bu haqda Unian-ın məlumatında deyilir.

"Bizə martın 2-si və ya 3-nə qədər bitəcəyini demişdilər”, - Şişkanov bildirib.

Jurnalist Andrey Tsaplienko maraqlı bir məqama diqqət çəkib: əsir götürülmüş mayorun xidmət etdiyi hərbi hissə Suvorov sahil müdafiə briqadasının iki dəfə Qırmızı Bayraq ordenli 126-cı ayrı Horlivka bölməsidir. Bu hərbi hissə Krımın Perevalnoye kəndində yerləşən və 2014-cü ildə Rusiyaya qaçmış Ukrayna Silahlı Qüvvələrinin 36-cı Sahil Mühafizəsi briqadasının xainləri əsasında qurulub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26