Interposta.Info

Zelenski: “Mən buradayam və silahı yerə qoymayacağıq” (VİDEO)

 

Dünya / Manşet
 26-02-2022, 14:19     360

Prezident Vladimir Zelenski bildirib ki, Ukrayna Rusiya təcavüzkarından müdafiə olunmağı dayandırmayacaq. Bununla bağlı o, həmvətənlərini saxta təbliğatlara inanmamağa çağırıb.

Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə dövlət başçısının bu gün səhər yaydığı yeni videomüraciətində deyilir. Prezident bunu Bankovodakı idarənin yanında qeydə alıb.

"Sabahınız xeyir, ukraynalılar. İndi şəbəkədə çoxlu saxta məlumatlar peyda olub, guya mən ordumuzu silahı yerə qoymağa çağırıram və evakuasiya gedir. Deməli, mən buradayam, silahı yerə qoymayacağıq. Biz dövlətimizi müdafiə edəcəyik, çünki bizim silahımız bizim həqiqətimizdir. Bu, bizim torpağımız, bizim ölkəmiz, bizim övladlarımızdır və biz bütün bunları qoruyacağıq”, - deyə dövlət başçısı əmin edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26