Interposta.Info

ABŞ Ermənistanda demokratiyanın inkişafı üçün 400 min dollar ayırdı

Dünya
 29-12-2021, 19:54     472

ABŞ-ın Ermənistandakı diplomatik missiyası ölkədə demokratiyanın inkişafı ilə bağlı təkliflər üçün açıq çağırış elan edib.

Qaynarinfo RT-yə istinadla xəbər verir ki, proqramın ümumi maliyyələşdirilməsi 400 min dollar təşkil edəcək.

"Bu proqram Ermənistanda demokratiyanın inkişafına, insan hüquqlarına riayət olunmasının təşviqinə və vətəndaş maarifləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə yönəlib”, - Qrant layihəsində deyilir.

Müstəqil mediaya dəstək təşəbbüslərinə "gənclərin Ermənistanda vətəndaş iştirakının, siyasi müzakirələrin və sosial məsuliyyətin inkişafına cəlb edilməsi”, eləcə də "İnternetdə azadlığın gücləndirilməsi” təşəbbüslərinə xüsusi diqqət yetiriləcək.

Müsabiqədə iştirak üçün ərizələri Ermənistan QHT-ləri, o cümlədən beyin mərkəzləri, vətəndaş cəmiyyəti təşkilatları, qeyri-hökumət təşkilatları və KİV-lər təqdim edə bilər.

Həmçinin vurğulanır ki, təhsillə bağlı müraciətlərə yalnız o halda baxılacaq ki, "belə təhsil konkret ölçülə bilən nəticələr əldə etsin”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26