Interposta.Info

ÜST: “Omicron ştamının daha yoluxucu olmasına dair sübutlar yoxdur”

Dünya
 29-11-2021, 09:21     285

Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) hələ ki, COVID-19 infeksiyasının Nu ştamının (Omicron) koronavirusun digər variantlarından daha yoluxucu olduğuna dair məlumat və sübutlar yoxdur.

Bu barədə qurumun Cenevrədəki mənzil-qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Omicronun AY.4.2 delta növü də daxil olmaqla digər variantlarla müqayisədə daha yoluxucu (yəni insandan insana daha asan ötürülməsi - Red) olub-olmadığı hələ aydın deyil. Eyni zamanda ÜST tərəfindən Cənubi Afrikada yoluxma sayının artmasının Omicronla bağlı olub-olmamsı istiqamətində epidemioloji tədqiqatlar davam etdiriləcək.

Xatırladaq ki, Cənubi Afrika Respublikası və Botsvanada yeni növ koronavirusun çoxlu sayda mutasiyaya uğramış "B.1.1.529” adlı yeni variantı aşkar edilib. "Super variant” olaraq xarakterizə edilən növün 32 mutasiyaya sahib olduğu bildirilir./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26