Interposta.Info

Çində Rusiyadan gətirilən məhsullarda koronavirus aşkar olunub
 

Dünya
 15-11-2021, 08:39     243

Çində Rusiyadan gətirilən məhsullarda koronavirus nümunələri tapılıb.

Ölümcül virus Rusiya ilə həmsərhəd Xeyxe şəhərinin anbarında üzə çıxarılıb.

Şəhərin xəstəliklərə nəzarət və profilaktika mərkəzindən verilən məlumata görə, COVID anbarda saxlanılan Rusiya mənşəli məhsulların bağlamalarında aşkar edilib.

Virusa “Konti” şirkətinin istehsalı olan şokoladlı vafli, peçenye, jeleli konfetlər və quru süd məhsullarında rast gəlindiyi dəqiqləşdirilib./TASS

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26