Interposta.Info

Bu silahlı qruplaşmanın tərkibində döyüşən 6 azərbaycanlı ödürüldü

Dünya
 28-10-2021, 18:30     393

Suriyanın Latakiya bölgəsində yerləşən Cəbel ət-Türkmən şəhərində 6 azərbaycanlı döyüşçü öldürülüb.

"İnterPosta" modern.az-a istinadən xəbər verir ki, "Cundulla” qruplaşmasının tərkibində döyüşən azərbaycanlılar "Əl Qaidə”yə bağlı "Hayat Təhrir əş-Şam” qruplaşması ilə döyüşlərdə həyatlarını itiriblər.

"Cundulla”nın azərbaycanlı komandiri Əbu Hənifə əl-Azəri də öldürülənlər arasındadır.

"Hayat Təhrir əş-Şam”ın lideri Əbu Məhəmməd əl-Culani ilə əldə olunmuş razılaşmaya görə, "Cundulla” qruplaşmasının sağ qalan üzvləri Cəbel ət-Türkmən şəhərini tərk edəcək və İdlib vilayətinə qayıdacaq.

Öldürülən azərbaycanlıların adları hələlik açıqlanmır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26