Interposta.Info

Daha bir ölkənin baş naziri istefa verdi (FOTO)

Dünya
 12-10-2021, 21:33     420


Norveçin baş naziri Erna Sulberq vəzifəsindən istefa verib.

Bu qərar sentyabrda keçirilmiş parlament seçkilərində hakim Mühafizəkarlar partiyasının məğlub olması ilə əlaqədar verilib.

Qeyd olunur ki, E.Sulberq istefa ərizəsini kral 5-ci Haralda təqdim edib.

Yaxın günlərdə kralın yeni hökumətin formalaşdırması üçün İşçi partiyasının lideri Yonas-Qar Störeyə müraciət edəcəyi gözlənilir.

Qeyd edək ki, sentyabrın 13-də keçirilmiş parlament seçkilərində İşçi partiyası 26,4 faiz, Mühafizəkarlar partiyası 20,5 faiz səs toplamışdı./trend

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26