Interposta.Info

Saakaşvili həbsxanadan dünyaya səsləndi: “Qanunsuz əsirlik...”

Dünya
 9-10-2021, 15:28     392

Bir neçə gün əvvəl Tbilisidə bir sıra cinayət işləri üzrə həbs edilən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsxanadan beynəlxalq ictimaiyyətə müraciət edib.

Saakaşvili mesajında bunları deyib: "Məni oktyabrın 1-də dünyada heç kimin tanımadığı bir hökmlə, habelə iki iş üzrə həbs etdilər".

Gürcü siyasətçi onu da qeyd edib ki, qanuna görə, dərhal məhkəməyə çıxarılmalı olsa da, doqquzuncu gündür, heç bir məhkəmə prosesi yoxdur. Onun sözlərinə görə, vəkilinə məhkəmənin bir neçə həftə olmayacağı bildirilib.

Saakaşvili hesab edir ki, bu yolla Gürcüstan hakimiyyəti 30 oktyabr tarixinə planlaşdırılan yerli seçkilərin ikinci turundan əvvəl onun ictimaiyyət qarşısında çıxışına mane olmağa çalışır.

O, beynəlxalq ictimaiyyətdən onun "qanunsuz əsir alınmasına" diqqət yetirilməsini istəyib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26