Interposta.Info

Turistlərin üzünə qapısı tam açıq olan ölkələrin adları açıqlandı (SİYAHI)

Dünya
 9-07-2021, 10:10     400

Hazırda dünyada yalnız üç ölkə beynəlxalq səyahətə tam açıqdır.

"İnterPosta" İndex.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Birliyinin (ATOR) saytında məlumat verilib.

Bildirilir ki, söhbət Albaniya, Kosta-Rika və Dominikan Respublikasından gedir. Bu dövlətlər sərhədi keçərkən tibbi arayış və məcburi karantin tələb etmir.

ATOR-un məlumatına görə, beynəlxalq istiqamətlərin 99 faizi turizm üçün bağlıdır və ya koronavirus əleyhinə məhdudiyyətlərə riayət etmək tələbi ilə səyahətçiləri qəbul edir.

Eyni zamanda, 73 ölkə sərhədlərin qismən bağlanmasının tərəfdarıdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26