Interposta.Info

Rusiyada təyyarə sərt eniş edib, ölənlər və xəsarət alanlar var

Dünya
 19-06-2021, 10:24     461

Rusiyanın Kemerovo vilayətində “L-410” tipli təyyarə sərt eniş edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, nəticədə dörd nəfər ölüb, onlardan ikisi pilotdur.

Hadisə zamanı, həmçinin 15 nəfər xəsarət alıb.

Məlumata görə, bu, Promışlennovski rayonunun Juravlevo kəndi ərazisində baş verib.

Təcili tibbi yardım xidmətinin sonradan verdiyi məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26