Interposta.Info

Türkiyədə ağır yol qəzasında onlarla uşaq xəsarət aldı

Dünya
 10-06-2021, 10:00     377

Türkiyədə onlarla insanın xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Dənizli əyalətində qeydə alınıb.

Belə ki, Denizli-Muğla yolunda hərəkətdə olan mikroavtobus Kale rayonunda qəzaya uğrayıb. İlkin məlumata görə, hadisə nəticəsində 22 nəfər xəsarət alıb. Onlardan 19-nun uşaq olduğu bildirilir.

Yaralılar xəstəxanalara çatdırılıb.

Məlumata görə, qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməsi səbəb olub.

Sərnişinlər Bodrumda istirahət üçün Ankaradan səyahətə çıxıblar./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26