Interposta.Info

“Paşinyan və ailəsi haqda elə faktları yayacam ki..." - Sarkisyan 24 saat vaxt verdi

Dünya
 9-06-2021, 11:14     482

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın onun haqqında səsləndirdiyi ittihamı rədd edib.

Paşinyan Sarkisyanın ordudan oğurlanan pullları Monte Karlo qumarxanasında uduzduğunu bildirmişdi.

Paşinyan "Sarkisyan əsgərlərdən oğurlanan milyonları Monte Karlo kazinosunda uduzanda özünü güllələyərdi" söyləmişdi.

Sarkisyan prezidentliyi illərində daim “kazino oyunçusu” ittihamı ilə üzləşdiyini xatırladıb və qəzəbini boğa bilməyib.

O, Nikol Paşinyana 24 saat vaxt verib:

“Mən o vaxt cavab vermədim, çünki prezident idim. Ancaq Paşinyan artıq çox uzağa getdi. İllərdir yalan məlumatlar yayırlar. O (Nikol Paşinyan - red.) yenə boş-boş danışır. Bu əxlaqsız tipə 24 saat vaxt verirəm: ya faktları təqdim edəcək, ya da özü və ailəsi haqqında elə faktları dərc etdirəcəyəm ki, cəmiyyət üzünə tüpürəcək”.

Xatırladaq ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-nə təyin edilib. Seçki kampaniyası rəsmi olaraq 7 İyunda başlayıb. Kampaniya dövründə partiya liderləri bir-birinin ünvanına kəskin ittihamlar səsləndirilər./yenisabah.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26