Interposta.Info

İranda neft emalı zavodu yanır (VİDEO)

Dünya
 2-06-2021, 21:43     474

İranın paytaxtı Tehranın cənubundakı neft email zavodunda yanğın baş verib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Şahid Tondquyan Neft Emalı Zavodunda baş verən yanğına görə müəssisə fəaliyyətini tamamilə dayandırıb.

Hadisə yerinə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb edilib.

İlkin məlumatlara görə, hadisə nəticəsində ölən olmayıb. Hadisə ilə bağlı araşdırmalar aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26