Interposta.Info

Baydenin iti Ağ Evin əməkdaşına hücum etdi

Dünya
 31-03-2021, 10:50     404


ABŞ Prezidenti Co Baydenin və onun xanımı Cill Baydenin Meycor adlı iti növbəti dəfə adam dişləyib.

Bu barədə CNN telekanalı məlumat yayıb.

İnsident Ağ Evin həyətində baş verib. Meycorun növbəti qurbanı Milli Park Xidmətinin əməkdaşı olub.

Hadisəni ABŞ liderinin həyat yoldaşının nümayəndəsi Maykl Laros da təsdiq edib:

“Bəli, Meycor gəzinti zamanı bir nəfəri dişləyib. Xəsarət almış şəxs Ağ Evin tibbi xidməti tərəfindən müayinə olunub. Xəsarət ağır olmayıb və o, öz işinə qayıdıb”.

Qeyd edək ki, mart ayının əvvəllərində Meycor Ağ Evin mühafizəçilərindən birinə hücum etmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26