Interposta.Info

ABŞ-da atışma zamanı 10 nəfər öldürüldü

Dünya
 23-03-2021, 10:19     453

ABŞ-ın Kolorado ştatının Boulder şəhərində yerləşən supermarketdə baş verən atışma nəticəsində 10 nəfər ölüb.

"Report”un məlumatına görə, müvafiq açıqlama Boulder şəhər polis idarəsi tərəfindən tvitterdə yayımlanıb.

Bundan əvvəl KİV-lər hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşı da daxil olmaqla ən azı altı nəfərin öldüyünü yazmışdı.

Qeyd edək ki, "King Soopers” supermarketinin yaxınlığında naməlum şəxs atəş açıb. Daha sonra mağaza binasına daxil olaraq insanları güllələyib. Hadisəni törədən şəxs saxlanılıb.

Ağ Evin sözçüsü Cen Psaki, ABŞ prezidenti Co Baydenin hadisə ilə əlaqədar məlumatlandırıldığını söyləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26