Interposta.Info

Rus yazıçının adı “Buker” mükafatının "uzun siyahı”sına düşdü

Dünya
 30-03-2021, 17:04     379

Rus yazıçısı Maria Stepanova ingilisdilli ədəbiyyat sahəsində verilən 2021 "Buker” Beynəlxalq Mükafatının (The 2021 Booker International Prize) "uzun siyahı”sına daxil edilib.

"İnterPosta"xəbər verir ki, mükafatın təşkilatçılarına görə, 12 ölkəni təmsil edən 13 müəllifin olduğu siyahıya daxil olmasına Stepanovanın öz ailəsinin həyatından bəhs edən "Yaddaşın yaddaşında" adlı esse kitabı səbəb olub.

Bu şəxsi və tarixi yaddaşın yer aldığı araşdırma-kitab "Böyük kitab" rus ədəbi mükafatına layiq görülüb.

Stepanova Rusiyadan mövcud formatda "uzun siyahı”ya girməyi bacaran ilk müəllif olub.

İngilis yazıçı Lüsi Hadces-Holletin sədrlik etdiyi münsiflər heyəti 125 əsərdən ibarət uzun siyahıdan 13 əsər seçib, bunların arasında iki kitab ispan dilindən, ikisi fransız dilindən, bir kitab olmaqla Çin, Danimarka, gürcü, alman, ərəb, holland, İsveç və kikuyu (Keniyada danışılan Bantu dillərindən biri) dillərindən olan kitablar var.

"Oxuduğumuz hər kitab özünəməxsusdur. Ancaq bir mövzu xüsusi diqqət çəkir: miqrasiya, ümumi ağrımız, eyni zamanda müasir dünyanın məhsuldar qarşılıqlı əlaqəsi”, - Hadces-Hollet deyib.

Xatırladaq ki, "Buker” mükafatı 1969-cu ildə təsis edilib və keçmiş Britaniya Birliyi ölkələrinin yazıçılarına verilir. Beynəlxalq "Buker” Mükafatı isə 2004-cü ildə təsis edilib və 2016-cı ilədək hər iki ildən bir verilir.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26