Interposta.Info

Dubayda 10 günlük matəm elan edildi

Dünya
 24-03-2021, 22:07     481

Dubay əmirinin qardaşı Həmdan bin Rəşid əl-Məktum vəfat edib.

"İnterPosta"xəbər verir ki, o, əmir Məhəmməd bin Rəşid əl-Məktumun müavini və dünya atçılıq yarışlarının nüfuzlu simalarından biri olub. 75 yaşlı şeyx Həmdanın xeyli müddət idi ki, xəstə olduğu və oktyabr ayında xarici ölkələrin birində əməliyyat keçirdiyi bildirilib.

Belə ki, onun ölümü ilə əlaqədar martın 25-dən etibarən Dubayda on günlük matəm elan edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26