Interposta.Info

Co Bayden NASA rəhbərliyinə namizədini açıqladı

Dünya
 19-03-2021, 23:04     463

ABŞ Prezidenti Co Bayden keçmiş konqresmen Bill Nelsonu NASA rəhbərliyinə namizəd göstərib.

"İnterPosta" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

NASA-nın direktoru senat tərəfindən təsdiqlənməlidir. Nelsonun namizədliyi senatın profil komtəsinin dəstəyini almalı, həmçinin, senat səsverməsindən keçməlidir.

Bill Nelson- peşəkar vəkil və siyasətçidir. O, 1986-cı ildə kosmosa səyahət edən ikinci aktiv konqres üzvü olub. Nelson NASA-nn altıgünlük missiyası çərçivəsində kosmosda bir sıra elmi təcrübələr aparıb.\qafqazinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26