Interposta.Info

Stiv Cobsun yanında işləyən azərbaycanlı – Maraqlı faktlar

Dünya
 9-02-2021, 20:19     249

Teleqraf.com-un "Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Amerikanın texnologiya dünyasının ən məşhur simalarından biridir.

Sina Təməddün 1957-ci ildə Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı ailəsində anadan olub. ABŞ-ın Pyordyu Universitetinin (İndiana ştatı) məzunudur.

Sina Təməddün 1997-ci ildə "Apple” şirkətində işləməyə başlayıb. Eyni zamanda, "Newton Group”-un vitse-prezidenti və icraçı direktoru vəzifələrində çalışıb. Təməddün şirkətdə işə başlamazdan əvvəl - 1996-cı ilin sentyabrından 1997-ci ilin mart ayınadək "NeXT”in Avropa üzrə icraçı direktorunun müavini vəzifəsini icra edib. Eləcə də 1994-cü ilin avqustundan 1996-cı ilin avqustuna qədər "NeXT”də peşəkar xidmətlər üzrə vitse-prezident vəzifəsində işləyib.

1994-cü ilin avqustundan əvvəl "Todd Rulon-Miller” və "Software Alliance” üçün çalışıb. "Software Alliance”da işə başlamazdan əvvəl Təməddün "NeXT”in Çikaqo ofislərində satış meneceri olaraq çalışıb. "NeXT”dən əvvəl isə bir müddət "Sun Microsystems”də işləyib.

Sina Təməddün "Apple Inc.”in (ABŞ-ın texnologiya şirkəti) icraçı direktorunun köməkçisi olub.

O, "Apple”a amerikalı iş adamı və ixtiraçısı Stiv Cobsun 1997-ci ildə şirkətin icraçı direktoru seçilməsindən sonra gəlib. Rəhbər şəxslərindən biri olduğu "Newton Group” birbaşa Cobsa hesabat verirdi. 2011-ci ildə Stiv Cobsun ölümündən sonra onun yerinə keçəcəyi xəbərləri yayılsa da, Sina Təməddün "Apple”nin rəsmi veb səhifəsində bioqrafiyasız yeganə üzvdür, haqqında məlumat kifayət qədər məhduddur.

İnterPosta.info

Stiv Cobsun yanında işləyən azərbaycanlı – Maraqlı faktlar

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26