Interposta.Info

Paşinyan yol xəritəsini təqdim etdi və 6 ay vaxt istədi

Dünya
 18-11-2020, 12:02     842

Ermənistan baş naziri Nikol Paşinyan ölkədə vəziyyətin sabitləşdirilməsi planını təqdim edib.

Paşinyan Facebook səhifəsində "yol xəritəsini” təqdim etməklə yanaşı, ona 6 ay vaxt lazım olduğunu yazıb.

15 maddədən ibarət "yol xəritəsi”ndə Silahlı Qüvvələrin islahatı; Qarabağa dair danışıqlar prosesinin ATƏT-in Minsk Qrupu həmsədrləri formatında bərpası, Qarabağın statusuna və Dağlıq Qarabağdan olan qaçqınların öz evlərinə qaytarılmasına diqqətin yönəldilməsi, Dağlıq Qarabağda və Ermənistanda ziyan dəymiş evlərin və infrastrukturun bərpası və s. məsələlər əksini tapıb.

Həmçinin, Paşinyan iqtisadi və siyasi islahatların da aparılacağını vəd edib.

Qeyd edək ki, dünən işğaldan azad olunmuş rayonlara səfər edən Prezident İlham Əliyev bir daha ermənilərə Azərbaycan daxilində hər hansı statusun verilməyəcəyini deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan bütöv ölkədir, ermənilər orada digər azlıqların nümayəndələri kimi yaşaya bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26