Interposta.Info

COVID-19-un olmadığı 10 ölkə: Virusu əngəllədilər, amma qalib gələ bildilərmi?

Dünya
 28-08-2020, 22:57     1 315

Koronavirus demək olar ki, 10 ölkədən başqa dünyanın bütün ölkələrində yayılıb.

Bəs virusun yayılmadığı bu ölkələr koronavirusa qalib gələ bildilərmi?

“MediaPost” BBC-yə istinadən həmin ölkələrin adlarını təqdim edir:

Palau

Mikroneziya

Marşal adaları

Nauru

Kiribati

Solomon adaları

Tuvalu

Samoa

Vanuatu

Tonqa

Palau Sakit okeanla əhatələnmiş kiçik ada dövlətidir. Əsas gəlirlərini turizmdən çıxaran bu təbiət möcuzəsi ölkə uzun zamandır turistlərin üzünə qapanıb. Ölkə rəhbərliyi virus yayıldığı müddətdən etibarən sərhədləri bağlayıb. Bunun nəticəsidir ki, ölkədə bir nəfər də olsun virusa yoluxan yoxdur. Lakin Palauda hotel sahibləri vəziyyətdən narahatdır. Ölkə iqtisadiyyatı çöküb, işsizlik səviyyəsi artıb.

“Palau” hotelin sahibi Brina Li bildirir ki, hər il hotellər 80-90 faiz dolu olsa da, indi virus səbəbilə hər yer boşaldılıb: "Bu hoteldə çalışanların başqa yerlərdə iş tapması üçün mübarizə aparıram. İnsanlar acdır, işsizdir. Hələ ki heç kimi ixtisar etməmişəm, lakin bu vəziyyətə ancaq bir ay dözə biləcəyəm. Sərhədlərin yenidən açılmasının vaxtı gəldiyini düşünürəm. Bəlkə də Yeni Zellandiya kimi ölkələrlə səyahət koridoru yaradılmalıdır".

Marşal adalarında da virusa yoluxan olmasa da, lakin Palau kimi dünyanı təsirinə alan pandemiyanın mənfi nəticələrindən yaxa qurtara bilməyib.

Burada fəaliyyət göstərən “Reimers” hotelinin rəhbərliyi bildirir ki, marta qədər hotelləri 75-88 faiz dolu olurdu, sərhədlər bağlandıqdan sonra isə doluluq səviyyəsi 3-5 faizə düşüb. Rəhbərlik bildirir ki, buraya sadəcə qonşu adalardan bir neçə nəfər gəlir. Virusun ölkədə 1997-ci il böhranından sonra yaşanan ən böyük böhran olduğu bildirilib.

Marşal adaları Palaudan fərqli olaraq gəlirləri yalnız turizmdən deyil, həm də balıqçılıqdandır. Lakin pandemiya bu sahəyə də öz mənfi təsirini göstərib. Balıq şatışının bir xeyli azaldığı qeyd olunur. Eyni zamanda işsizlik səviyyəsi də artıb.

Sərhədləri bağlamaq bir çox ölkəni vacib gəlir qaynaqlarından məhrum etsə də, sərhədlərin açılmasını istəməyənlər də var. Vanuatu da həmin ölkələrdən biridir. Ölkə əhalisi virusun yayılmasından qorxduğu üçün sərhədlərin açılmasını istəmir.

Vanuatunun Səhiyyə Nazirliyinin nümayəndəsi Len Tarivonda bildirib ki, burada vətəndaşlar hələ pandemiyanın yan təsirlərini hiss etmiyiblər: “Əhali daha çox təsərrüfatla məşğul olurlar. Gündəlik qidalarını şəxsi təsərrüfatlarından çıxara bilirlər”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26