Interposta.Info

Ukraynada koronavirusla bağlı rəqəmlər artır: 1453 yoluxma, 33 ölüm

Dünya
 7-08-2020, 13:26     620

Ukraynada son sutkada koronavirusa yoluxma hallarında yeni antirekord qeydə alınıb.

AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu ölkədə son sutkada 1453 nəfər koronavirusa yoluxub, 33 nəfər isə dünyasını dəyişib.

Ən çox yoluxma Kiyev, Odessa, Xarkov, İvano-Frankovsk və Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 78 min 261 nəfərə çatıb. Virusdan ölənlərin ümumi sayı 1852 nəfərdir, 43 mindən artıq xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti avqustun 31-dək uzadılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26