Interposta.Info

Ermənilərin təxribat anonsu – Azərbaycanlı səfirdən xəbərdarlıq

Dünya
 24-07-2020, 16:06     503

"Srağa gün gecə Almaniyadakı Ermənistan səfirliyinin xidməti avtomobili yandırılıb.Amma buna sevinmək lazım deyil. Əksinə, Azərbaycan səfirliklərinə və xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına qarşı iri miqyaslı təxribatların anonsu kimi qəbul etmək lazımdır”.

"İnterPosta"-nun məlumatına görə, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri, ölkəmizin Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev özünün sosial şəbəkə hesabında yazıb.

Diplomat hesab edir ki, sabah onlar eyni asanlıqla bir və ya bir neçə ermənini öldürüb bütün dünyanı üzərimizə qaldıra bilərlər:



"Bu fonda Los-Ancelos, yaxud Brüsseldə baş verən erməni vəhşiliklərini asanlıqla unutdura bilərlər. Dostlar, ehtiyatlı olun. Təxribata uymayın. Milli davamızı Avropanın, yaxud Rusiyanın küçə və meydanlarına keçirməyin. Dünya hətta qəbul etməsə də erməni vəhşiliyini gördü.

Bu vəhşiliyin belə asanlıqla unutdurulmasına imkan verməyin. Sumqayıtı, Qriqoryanı nə tez unutdunuz?

Ayıq olun!

Bizim "Qana qan!”şüarını səsləndirməli və tətbiq etməli olduğumuz yeganə yer işğal altındakı torpaqlarımızdır!”





İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26