Interposta.Info

Honkonq polisi 120 etirazçını saxladı

Dünya
 25-05-2020, 08:24     495

Honkonqda Çin Xalq Respublikasının xüsusi inzibati ərazisində Pekin administrasiyasının “Milli təhlükəsizliyin təminatı haqqında” qanun layihəsinə qarşı etirazlar başlayıb.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, qara geyimli yüzlərlə nümayişçi “Kozvey-bey” ticarət rayonunda toplaşıblar. Aksiya iştirakçıları açıq şəkildə hökumət əleyhinə "Honkonqu xilas edin!" və "Honkonqun yanında olun!" - şüarlarını səslənidirblər.

Polis onlara yürüş təşkil etməyə icazə verməyərək etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib.

Güc strukturunun əməkdaşları 120 aksiyaçını saxlayıblar. Onların arasında məşhur aktivist Tam Takçi də var.

Region hakimiyyəti 4 polis əməkdaşının kərpic zərbələrindən yaralanması haqqında bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26