Interposta.Info

Honkonqun mərkəzində bütün hökumət ofisləri bağlanılıb

Dünya
 13-06-2019, 14:59     10 271

İğtişaşlar səbəbindən Honkonqun mərkəzindəki bütün hökumət müəssisələrinin binaları bağlanılıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə qərar Çinin xüsusi administrativ rayonunun hakimiyyət orqanları tərəfindən verilib.

Kütləvi etirazlar iyunun 12-də ekstradisiya barədə qanuna düzəliş olunması ilə bağlı bəzi dairələrin narazılığı səbəbindən başlayıb. Etirazlar qanunverici məclisin önündə və şəhərin bəzi rayonlarında iğtişaşlarla müşayiət olunub. Etirazçılar avtomobil yollarını bağlayıb və barrikadalar qurmağa başlayıb. Polis isə buna cavab olaraq onlara qaşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. İğtişaşlar zamanı yaralanan azı 72 nəfərin xəstəxanalara yerləşdirildiyi bildirilir.

Nəticədə qanuna düzəlişlərin müzakirəsi dayandırılıb. Hakimiyyət etirazların təkrarlanmasından ehtiyatlanır, şəhərdə gücləndirilmiş polis patrulları fəaliyyətə göstərir.

Honkonq rəhbəri Kerri Lam iğtişaşları qınayıb və şəhərdə həyatın tez bir zamanda normalaşdırılması üçün çağırış edib.

Ekstradisiya barədə qanuna düzəlişlər Honkonq ərazisində olan və cinayət törətməkdə şübhəli bilinən şəxslərin məhkəmə qarşısına çıxarılması üçün materikə və ekstradisiyaya dair sazişin olmadığı ölkələrə göndərilməsini nəzərdə tutur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26