Interposta.Info

Britaniyada təqaüddə olan həkimlər işə qayıtdı

Dünya
 30-03-2020, 19:15     357

Böyük Britaniyada koronavirusa qarşı mübarizə məqsədi ilə pensiyaya çıxmış 20 min həkim və tibb bacısı işə qayıdıb.

“Report” “Interfax”a istinadən xəbər verir ki, bu barədə Britaniyanın baş naziri Boris Conson məlumat verib.

Hökumət başçısı əhalini evdə qalmağa, bununla da infeksiyanın yayılmasını azaltmağa, habelə səhiyyə müəssisələrində gərginliyi azaltmağa çağırıb.

Son məlumata əsasən, 20 minə yaxın insan virusa yoluxub, 1 228 nəfər isə koronavirusdan ölüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26