Interposta.Info

Koronovirus bəlasına aid son statistik rəqəmlər - 688 ölü, 77 min sağalan...

Dünya / Ölkə
 16-03-2020, 10:36     578

Ötən gün (15 mart) ərzində DÜNYAda koronavirusdan 683 nəfər vəfat edib. Müqayisə üçün 14 mart - 398 nəfər, 9 mart - 199 nəfər, 4 mart - 88 nəfər.

ÇİNdə vəziyyət nisbətən stabilləşib. Ötən gün 14 nəfər vəfat edib və yalnız 16 yeni xəstə qeydiyyata alınıb.

Ən acınacaqlı vəziyyət İTALİYAdadır. Burada ölənlərin sayı 1,809 nəfərə çatıb. Ötən gün 368 nəfər vəfat edib. Müqayisə üçün 14 mart - 175 nəfər, 9 mart - 97 nəfər, 4 mart - 28 nəfər. Ötən gün İtaliyada 3,590 yeni xəstə qeydiyyata alınıb. 1,672 xəstə kritik vəziyyətdədir.

İRANda ölənlərin sayı 724 nəfərə çatıb. Ötən gün 113 nəfər vəfat edib. Müqayisə üçün 14 mart - 97 nəfər, 9 mart - 43 nəfər, 4 mart - 15 nəfər. Ötən gün İranda 1,209 yeni xəstə qeydiyyata alınıb. Xəstəlik üzrə göstəricilərin artım tempinin azalmasına baxmayaraq, fövqəladə vəziyyət davam edir.

İSPANİYAda ölüm hallarının dinamikası belədir: 15 mart - 96 nəfər, 14 mart - 60 nəfər, 9 mart - 12 nəfər, 4 mart - 1 nəfər. Burada cəmi 292 xəstə vəfat edib. 1,454 yeni xəstə qeydiyyata alınıb.

FRANSAda ölüm hallarının dinamikası belədir: 15 mart - 36 nəfər, 14 mart - 12 nəfər, 9 mart - 11 nəfər, 4 mart - ölən yox idi. Burada cəmi 127 xəstə vəfat edib. 924 yeni xəstə qeydiyyata alınıb.

ALMANİYAda xəstələrin sayı 5,813, o cümlədən dünən (15 mart) yeni qeydiyyata alınan 1,214 nəfər olsa da, indiyə qədər burada cəmi 11, o cümlədən dünən 2 xəstə vəfat edib.

Ötən gün (15 mart) B.Britaniyada 14, ABŞ-da 12, Niderlandda 8, Filippində 4, C.Koreyada 3 xəstə vəfat edib. Digər ölkələrdə (Yaponiya, Avstraliya, San Marino, İsveçrə və digər) ölüm halları 1-2 nəfərdir.

AZƏRBAYCANda indiyə qədər 23 xəstə, o cümlədən dünən (15 mart) 4 yeni xəstə qeydiyyata alınıb, 1 ölüm halı var, 6 xəstə tam sağalıb, 16 xəstənin müalicəsi davam edir, kritik vəziyyətdə olan xəstə yoxdur.

Ötən gün (15 mart) MACARISTANda ilk ölüm halı (1 nəfər) baş verib, ÖZBƏKİSTANda ilk xəstələr (4 nəfər) qeydiyyata alınıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26