Interposta.Info

İranda daha bir vəzifəli şəxs virusa yoluxdu

Dünya
 9-03-2020, 19:59     387

İranın fövqəladə hallar təşkilatının başçısı İsmayıl Nacar koronavirusa yoluxub.

“Report” İSNA-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Əli Bəxtiyari bildirib.

“Ötən həftə İsmayıl Nacar qrip simptomu ilə tibbi mərkəzə müraciət edib. O, 4 testdən keçib. Analiz nəticəsində onun COVİD-19 virusunun daşıyıcısı olduğu məlum olub”, - Ə.Bəxtiyari bildirib.

Xatırladaq ki, İranda koronavirusa 7 161 yoluxma hadisəsi qeydə alınıb. Onlardan 2 394 nəfər sağalıb, 237 nəfər isə ölüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26