Interposta.Info

Səudiyyə Ərəbistanı Rusiya ilə neft ittifaqından çıxır

Dünya
 22-02-2020, 13:01     320

Səudiyyə Ərəbistanı Rusiya ilə neft hasilatıyla bağlı yaratdığı dörd illik ittifaqdan çıxmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” yayıb. Qəzet Ər-Riyadın koronovirusun neft tələbatına təsirindən narahat olduğunu bildirib.

Ər-Riyadla Moskva arasında məhz bu məsələdə də fikir ayrılığı yaşanıb. Belə ki, Rusiya Səudiyyədən fərqli olaraq neft hasilatının azaldılmasına qarşı çıxıb. Moskvanın fikrincə, Çin biznesi bərpa olunur, koronavirus isə neftə məhdud təsir göstərir.

Bununla belə Səudiyyənin Küveyt və BƏƏ ilə neft hasilatının daha 300000 barrel azaldılmasıyla danışıqlara başlayacağını söyləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26