Interposta.Info

Çilidə nümayişçilərlə polis arasında şiddətli toqquşma baş verib

Dünya
 28-12-2019, 19:22     345

İki ay əvvəl güclü sosial böhranla üzləşmiş Çili paytaxtının mərkəzində nümayişlər zamanı minlərlə etirazçı təhlükəsizlik qüvvələri ilə toqquşub.

Etirazçılar həmişə olduğu kimi sosial şəbəkələr vasitəsilə “Plaza Itali” meydanına toplaşaraq Sebastyan Pinyera hökumətinə qarşı çıxış ediblər.

Bir həftə əvvəl olduğu kimi, bu dəfə də polislə nümayişçilər arasında şiddətli toqquşma baş verib. Polis meydanı nəzarətə götürərək nümayişçiləri su şırnaqları və gözyaşardıcı qazla qovmağa çalışıb.

Lakin ikisaatlıq toqquşmalardan və yaxınlıqdakı mədəniyyət mərkəzində yanğının baş verməsindən sonra etirazçılar nəhayət meydanın mərkəzinə toplaşa biliblər.

Oktyabrın 18-dən başlayaraq Çilini bürüyən sosial etiraz dalğası ölkənin 1990-cı ildə demokratiyaya qayıdışından sonra ən ciddi qarşıdurmadır. Toqquşmalar nəticəsində 26 nəfər həlak olub, minlərlə insan yaralanıb.

Metroda gediş haqqının artması Prezident Pinyeranın hökuməti əleyhinə inanılmaz sosial sarsıntılara səbəb olub. Qərarın dayandırılmasına baxmayaraq, sosial bərabərsizliklə bağlı narazılığın yaratdığı hərəkat genişlənib./azərtac

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26