Interposta.Info

Xalq ayağa qalxdı:

Dünya
 25-05-2017, 10:38     597

Braziliyada keçirilən etiraz aksiyalarında baş verən toqquşmalar zamanı 49 nəfər xəsarət alıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, aksiyalara 150 min insan qatılıb.

Etirazçılar prezident Mişel Temerin istefasını, növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edirlər.

Məlumatlara görə, nümayişçilər kənd təsərrüfatı və maliyyə nazirliklərinin binalarına od vurublar. Bundan sonra polislə etirazçılar arasında toqquşmalar baş verib. Polis nümayiş iştirakçılarına qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, Temer və hökumət nümayəndələrinin bir hissəsinə qarşı korrupsiya ittihamı üzrə cinayət işi başlanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26