Interposta.Info

Burcanadze prezidentin təklifinə qarşı çıxdı

Dünya
 26-12-2019, 11:17     323

Gürcüstan Rusiyaya hansısa yeni danışıqlar formatı yox, birbaşa dialoq təklif etməlidir.

Axar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze deyib. O, Rusiya ilə Gürcüstan arasında mövcud olan Cenevrə diskussiyasının qeyri-effektiv olduğunu bildirib:

“Əgər prezident və ya başqa kimsə real olaraq Rusiya-Gürcüstan münasibətlərində yeni mərhələ başlatmaq istəyirsə, bunun üçün birbaşa dialoqa hazırlaşmaq lazımdır. Dialoq güzəşt mənasına gəlmir, dialoq öz maraqlarından imtina demək deyil”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26