Interposta.Info

Polkovnikdən PKK-çı qadınlarla bağlı inanılmaz paylaşım

Dünya
 19-11-2019, 09:18     10 283

ABŞ-ın İŞİD-ə qarşı koalisiyasının sözçüsü polkovnik Mayls Kaqinsin sosial şəbəkədə paylaşımı ciddi müzakirələrə səbəb olub.

Amerikalı hərbçi YPG-nin qadın qolu YPJ-nin ABŞ əsgərlərinin dəstəyi ilə keçirdiyi təlimlərdən görüntülər paylaşıb.

“Aslan aslandır, dişisi, yaxud erkəyi, fərq etməz. Yeni döyüşçüləri təbrik edirəm, çox yaşayın” - başlıqlı görüntülərlə Kaqins terrorçulara rəğbətini ifadə edib.

Həmin videoda qadın terrorçuların Türkiyəyə qarşı döyüşməyə hazır olduqlarını bildirməsi də diqqətdən yayınmayıb./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26