Interposta.Info

Putinin vizit kartı ŞOK qiymətə satışa çıxarıldı -

Dünya
 27-10-2019, 11:43     10 347

Rusiyada bir nəfər gənc ölkə prezidenti Vladimir Putinin köhnə vizit kartını iki milyon rubla (53 min 400 AZN) satışa çıxarıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Putinin 23 il öncə həmin gəncin atasına verdiyi vizit kart Sankt-Peterburqda fəaliyyət göstərən internet saytlarının birində satışa çıxarılıb.

İnsanların böyük marağına səbəb olan elanda rusiyalı gənc hazırda ölkənin prezidenti olan Vladimir Putinin 1991-ci ildən 1996-cı ilə qədər çalışdığı Xarici əlaqələr komitəsinin sədri olan zaman onun atasına verdiyi vizit kartı fantastik qiymətə satışa çıxararaq yazıb: “Vladimir Putin bu vizit kartı atama hələ komitə sədri olduğu zaman verib. Üzərindən 20 ildən çox vaxt keçsə də, kartı hələ də saxlayırıq. Keyfiyyəti yaxşıdır”.

Bundan başqa vizit kartda Putinin yaşadığı ünvan, əlaqə nömrəsi ingilis və rus dillərində qeyd olunub.

Rusiyalı gəncin satışa çıxardığı vizit karta bu günə qədər müştəri tapılmasa da, gəncin yayımladığı elan ən çox baxılan elanlar sırasındadır.

İnterPosta.info

Putinin vizit kartı ŞOK qiymətə satışa çıxarıldı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26