Ermənistanın maliyyə naziri həbs edildi
Ermənistanın sabiq maliyyə naziri Qarik Xaçatryan həbs edilib.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. İrəvan məhkəməsi 30 avqustda eks-nazirin barəsində qərarını elan edib. Vəkil Yerem Sərksiyan isə məhkəmənin qərarını etirazla qarşılayıb. Bildirib ki, Q.Xaçatryanın məhkəməsi bir neçə dəqiqə çəkib və müdafiə tərəfinin arqumentləri dinlənilməyib. Vəkil apelyasiya məhkəməsinə müraciət edəcəyini deyib.
Qeyd edək ki, eyni gündə Q.Xaçatryanın yaxın qohumu Karen Xaçatryan barəsində də iki aylıq həbs qətimkan tədbiri seçilib. Qarik və Karen Xaçatryan 27 avqustda milli təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdılar. Onlar dövlət əmlakını talamaqda ittiham olunur.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26