Interposta.Info

Gürcüstanda dollar yenidən bahalaşmağa başlayıb

Dünya
 7-08-2019, 19:58     10 332

Gürcüstan milli valyutasının dollara qarşı ucuzlaşması son günlər yenidən bərpa olunub.

Gürcüstan Milli Bankının avqustun 8-nə müəyyən etdiyi rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9338 lari təşkil edəcək.

Bugünkü məzənnə ilə müqayisədə dolların qiyməti 0,0017 lari artıb.

Avronun qiymətində isə nisbi ucuzlaşma qeydə alınıb. Belə ki, sabah 1 avronun dəyəri 0,0034 lari azalaraq 3,2806 lariyə bərabər olacaq./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26