Interposta.Info

Çavuşoğlu güllələnən diplomatın əməliyyat olunduğu xəstəxanaya gedib

Dünya
 25-07-2019, 08:53     10 306

Türkiyənin daxili işlər naziri Mevlut Çavuşoğlu Belarus xarici işlər naziri Vladimr Makeinlə telefonla danışdıqdan sonra köməkçiləri Muhtarem İncə, Yavuz Selim Kıranla Ankarada güllələnən Belarus Səfirliyinin diplomatı Aleksandır Poqanşevin yatdığı xəstəxanaya gəliblər.

Nazir diplomatın sağlıq durumu ilə bağlı həkimlərdən məlumat alıb.

Daha sonra Aleksandır Poqanşevin əməliyyatının uğurlu keçdiyini bildirən Çavuşoğlu onun gecə reanimasiyada qalacağını, səhər isə palataya köçürüləcəyini bildirib.

Hadisə ilə bağlı açıqlama verən Ankara Valisi Vasıp Şahin hadisənin siyasi səbəblərdən baş vermədiyini bildirib. Vali qeyd edib ki, hadisənin detalları araşdırılır.

Qeyd edək ki, Belarusun Ankaradakı səfirliyinin diplomatı Aleksandır Poqanşev qonşusu, pensiyada olan polkovnik tərəfindən yaşadığı küçədə güllələnib. Belə ki, keçmiş hərbçi diplomatla mübahisə edib və silahını çıxararaq diplomata 5-6 dəfə atəş açıb. Polkovnik daha sonra həmin silahla intihar edib./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26