Interposta.Info

Dünya İsrailin bu addımına üsyan edir - Sərt bəyanat

Dünya
 23-07-2019, 09:09     10 306

BMT Baş katibi Antonio Quterreş İsrailin fələstinlilərin evlərini dağıtmaq siyasətini dayandırmasının vacibliyini bəyan edir.

Bu sözləri BMT Baş katibinin rəsmi nümayəndəsi Fərhan Hak deyib.

O bildirib ki, Fələstinin işğal edilmiş ərazilərinə humanitar yardımların çatdırılması üzrə koordinator Ceymi Makqoldrik fələstinlilərin yaşadığı Sux-Baxir ərazisində İsrail hökumətinin evləri sökməsindən dərin narahatdır:

“BMT-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Nikolay Mladenovun dediyi kimi, heç bir humanitar yardım fələstinlilərin çəkdiyi əzabları kompensasiya etmir. Mladenov bildirdi ki, İsrail mütləq şəkildə bu siyasəti dayandırmalıdır”./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26