Interposta.Info

ABŞ və Türkiyə S-400-lə bağlı elə razılığa gələcək ki... - Morozov

Dünya
 15-07-2019, 09:56     10 301

S-400 məsələsinə görə ABŞ-ın Türkiyə ilə hərbi əlaqələrini tamamilə kəsəcəyini düşünmürəm.

Bu sözləri rusiyalı parlamentari Oleq Morozov deyib.

“Təbii ki, ABŞ-ın sanksiya tətbiq etməsi mümkündür. Lakin düşünürəm ki, tərəflər ikisi üçün də faydalı ola biləcək danışığa gələcəklər. Onlar S-400-ün Türkiyədə qalması yönündə razılaşacaqlar”, - Morozov bildirib.

Qeyd edək ki, Ankaranın Türkiyədən S-400 alması səbəbindən Ağ Evin Türkiyəyə sanksiya tətbiq edəcəyi yönündə iddialar yayılmaqdadır. Hətta 15 iyul qiyamının ildönümündən sonra Türkiyəyə qarşı sanksiyaların elan edəcəyi bildirilir./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26