Interposta.Info

Qazaxıstanın neft mədənində dava zamanı otuz işçi xəsarət alıb- VİDEO

Dünya
 30-06-2019, 08:34     10 289

Qazaxıstanın Atırausk vilayətinin Tenqiz neft mədənində qazax və əcnəbi işçilər arasında baş vermiş dava zamanı 30 nəfər xəsarət alıb.

Bu barədə region administrasiyasının mətbuat xidməti bildirib.

Məlumata görə, işçilər Tengizdə "Sohsolited Contracting Endihering and Prourement S.A.L Offshore" (CCER) şirkətində toplaşaraq, bu yaxınlarda Liviya vətəndaşının "WhatsApp"dakı profilində yerli qızın fotosunu yerləşdirməsinə narazılıqlarını ifadə ediblər.

Məlumatda qeyd edilir ki, tibb məntəqəsində 30 nəfərə tibbi yardım göstərilib. Onların həyatı üçün təhlükə olmadığı bildirilir. Qarşıdurma zamanı ölən olmayıb.

Qazaxıstanın Daxili İşlər Nazirliyində dələduzluq faktı üzrə məhkəməyə qədərki araşdırma başlayıb.

Hadisə yerində məsul vəzifəli şəxslər və rayon prokuroru gəlib./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26