Interposta.Info

Gürcüstanın daxili işlər naziri istefa verməyəcəyini bildirib

Dünya
 27-06-2019, 23:32     10 320

“Polis əməkdaşlarının tətbiq etdiyi gücün proporsionallığı ilə bağlı məsələyə nöqtə qoyulmayana qədər, mən vəzifəmdə qalacağam”.

Bu barədə Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria jurnalistlərlə görüşdə bildirib.

Nazir hər bir polis əməkdaşını müdafiə edəcəyini deyib: “Bu gün vətəndaşlarımız polis əməkdaşlarına “bullinq”ə bənzər xalq məhkəməsi qururlar. Bu, yolverilməzdir”.

DİN rəhbəri qeyd edib ki, polis gücünün proporsionallığı ilə bağlı müəyyən suallar var və onlar araşdırılmalıdır./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26