Interposta.Info

Gürcüstanda mitinqi dağıdan polislər işdən çıxarıldı, cinayət işi başladı

Dünya
 24-06-2019, 18:36     10 340

Gürcüstanın paytaxtı Tbilisidə iyunun 20-21-də keçirilən etiraz aksiyaları ilə bağlı aparılan istintaq çərçivəsində 10 polis əməkdaşı işdən çıxarılıb.

İnterPosta.info
"report”-a istinadla xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyinin rəsmisi Mamuka Çelidze bildirib.

Onun sözlərinə görə, həmin günlər dinc xarakterli keçirilən aksiyalarda sonradan zorakılığa yol verilib və polis qanunla nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə etməyə məcbur olub.

M.Çelidze bildirib ki, işdən çıxarılan 2 polis əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.

DİN rəsmisi qeyd edib ki, polis əməkdaşları ilə bağlı müvafiq materiallar Baş Prokurorluğa göndəriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26