Interposta.Info

ABŞ prezidenti Kim Çen Inın məktubunun fotoşəklini çəkmək istəyən jurnalisti həbslə hədələyib

Dünya
 22-06-2019, 08:13     10 336

ABŞ prezidenti Donald Tramp “Times” jurnalının fotoqrafını Kim Çen Inın ona göndərdiyi məktubun fotoşəklini almaq istəyindən ötrü həbslə təhdid edib.

Hadisə dövlət başçısının jurnala müsahibəsindən sonra, Ağ Evin mətbuat katibi Sara Sandersin yanında baş verib.

Müsahibənin özü isə xüsusi prokuror Robert Müllerin məruzəsi mövzusu açılandan sonra olduqca gərginləşib.

“BBC News”un xəbərində prezidentin müsahibə zamanı bir neçə dəfə diktafonu söndürməyi tələb etdiyi də göstərilib. Daha sonra o, Kim Çen Inın məktubunu jurnalistlərə nümayiş etdirib.

“Buyurun, baxın. İndi sizə məktubu göstərəcəm. Bu, Kim Çen In tərəfindən əllə yazılıb. Onu mənə dünən veriblər”,-deyə prezident deyib.

Bundan sonra Sara Sanders məktubun fotoşəklini çəkməyə icazə verilmədiyini onarın diqqətinə çatdırıb. Lakin fotoqraf bunu etdiyi zaman prezident özünü heyrətlənmiş kimi göstərərək, fotoqrafın həbsə gedə biləcəyini deyib.

Fotoqraf “Bağışlayın, cənab prezident, siz məni həbslə hədələyirsiniz?” deyə soruşub.

“Siz yalnız baxa bilərsiniz. Daha kameranı çıxarıb çəkilişə başlamaq olmaz. Aydındır?”, - deyə Ağ Evin sahibi cavab verib./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26