Interposta.Info

Erməni tarixçi: Qarabağı Bakıya qaytarmaq lazımdır - Video

Dünya
 30-05-2019, 11:41     10 361

Erməni əsilli ukraynalı tədqiqatçı Filip Ekozyants özünün Yutub kanalında sorğu keçirib.

Tədqiqatçı izləyicilərində 3 suala cavab verilməsini istəyib:

1. Azərbaycan və Serbiya öz ərazi bütövlüyünü bərpa etməlidirmi? Söhbət Dağlıq Qarabağ və Kosovodan gedir.

2. Bu ərazilər üzərində nəzarəti qaytardıqdan sonra Dağlıq Qarabağ və Kosovoya muxtariyyət verilməlidir?

3. Ərazilərin qaytarılmasından sonra Azərbaycan və Serbiya əhaliyə (ermənilər və kosovolular) öz ana dilindən ikinci dövlət dili kimi istifadə etmək imkanı verməlidirlər?

Ekozyantsın sözlərinə görə, insanların əksəriyyəti bu suallara müsbət cavab verib: Azərbaycan və Serbiya öz ərazi bütövlüyünü bərpa etməli, Qarabağ və Kosovoya muxtariyyət verilməli, erməni və alban dillərindən istifadəyə icazə verilməlidir.

“Çoxları Azərbaycanla bağlı suala cavab verərkən bildirib ki, SSRİ vaxtında hər şey məhz bu cür olub – ermənilər öz dillərində təhsil alıb. Heç kim onlara bunu qadağan etməyib”, - tədqiqatçı qeyd edib.

Ekozyants istifadəçilərə ünvanlandığı sualları özü də cavablandırıb. Onun sözlərinə görə, Azərbaycan və Serbiya öz ərazi bütövlüyünü bərpa etməlidir. Çünki hər iki dövlətin buna hüququ çatır.

“Bundan sonra Azərbaycan və Serbiya Qarabağa və Kosovoya muxtariyyət verməlidir. Bu düzgün olardı”, - Ekozyants qeyd edib./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26